22 C
Baku
Friday, April 25, 2025

Azərbaycanın sığorta bazarı 7% böyüyüb

2025-ci ilin yanvar-mart ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 399 milyon 83 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 7% çoxalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 7% çoxalaraq 164 milyon 29 min manat təşkil edib.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 373 milyon 140 min manat, sığorta ödənişlərinin həcmi isə 153 milyon 327 min manat olub.

Son xəbərlər
Digər xəbərlər