28 C
Baku
Friday, June 27, 2025

Azərbaycanın sığorta bazarı 8%-dən çox böyüyüb

2025-ci ilin yanvar-aprel ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 588 milyon 466 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 8.4% çoxalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 10.4% çoxalaraq 231 milyon 333 min manat təşkil edib.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 542 milyon 841 min manat, sığorta ödənişlərinin həcmi isə 209 milyon 555 min manat olub.

Son xəbərlər
Digər xəbərlər