2024-cü ilin yanvar-oktyabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 112 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 622 milyon 301 min manat olub ki, bu da 37% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1 milyard 20 milyon manat, sığorta ödənişlərinin həcmi isə 455 milyon 12 min manat olub.