2026-cı ilin yanvar-fevral ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277 milyon 562 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 1.3% azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 37% çoxalaraq 148 milyon 800 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 281 milyon 206 min manat, sığorta ödənişlərinin həcmi isə 108 milyon 595 min manat olub.







