1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın sığorta bazarı ötən illə nisbətdə böyüyüb

2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 504,23 mln. manat sığorta haqqı toplanmışdır. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə artım deməkdir. Belə ki, hım dövrdə 448,51 mln sığorta haqqı yığılmışdı. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 230,88 mln. manat təşkil edib.

Banker.az-a bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasında Məlumat daxil olub.        

Cari ilin ilk 11 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının  45,79  manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,61 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 milyon 960 min manat artaraq 335 milyon  764 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 13 milyon 688 min manat artaraq 179 milyon 720 min manata yüksəlib.

Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67%-i könüllü, 33%-i icbari sığorta növlərinin payına düşüb.  Sığorta ödənişlərinin isə  78 %-i könüllü, 22%-i icbari sığorta növlərinin payına düşüb.

2017-ci ilin yanvar-noyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Manatla

  Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
1 “A-Qroup Sığorta Şirkəti” 5,294,140.79 7,146,022.73
2 “AXA MBASK” Sığorta Şirkəti 20,739,753.81 11,437,743.95
3 “AtaSığorta” 12,752,971.10 4,251,175.74
4 “Atəşgah Həyat” Sığorta Şirkəti 31,146,226.73 43,444,510.05
5 “Atəşgah” Sığorta Şirkəti 35,453,201.48 14,399,500.53
6 “AzSığorta” 23,658,629.05 8,387,988.26
7 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 37,577,762.00 11,151,751.00
8 “Azərbaycan Sənaye Sığorta” 6,608,764.20 3,126,923.66
9 “Bakı Sığorta” 1,361,348.11 263,739.75
10 “Günay Sığorta” 8,775,725.96 1,001,857.78
11 “Mega Sığorta” 16,516,097.01 2,741,561.51
12 “Paşa Həyat Sığorta” 136,797,912.84 53,901,161.22
13 “Paşa Sığorta” Şirkəti 103,334,577.59 41,953,754.68
14 “Qala Həyat” Sığorta Şirkəti 18,606,235.35 16,153,672.82
15 “Rəvan Sığorta” 590,884.77 506,045.83
16 “Standard Insurance” Sığorta Şirkəti 11,957,929.60 5,132,339.21
17 “Xalq Sığorta” 7,176,968.40 3,705,870.87
18 “Qala Sığorta” 8,400,796.68 318,118.95
19 “İPƏK YOLU SIĞORTA” ASC 17,376,625.42 1,788,465.80
20 “Amrah Sığorta” 16,132.25 59,884.16
21 “Naxçıvansığorta” 92,115.49 8,231.75
  YEKUN 504,234,798.63 230,880,320.25

 

 

Son xəbərlər
Digər xəbərlər