Azərbaycanda iyun ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (132 milyon 820 min manat). İkinci yerdə isə 100 milyon 212 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Dövlət Sığorta Kommersiya Şirkəti” qərarlaşıb. (39 milyon 462 min manat).
İyun ayında ən az yığım edən şirkətlər isə “Bakı Sığorta” (729 min manat), “Naxçıvansığorta” (624 min manat), “AXA MBASK” (5 min manat) sığorta şirkətləridir.
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.
Həmçinin avqustun 10-da, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın könüllü qaydada ləğv edilməsi daxildir.