“Status Sığorta Brokeri” MMC 2022-ci ili 18 min 404 manat xalis zərər ilə başa vurub. 2021-ci ildə “Status Sığorta Brokeri” 21 min 399 manat zərər etmişdir.
Banker.az bu barədə sığorta brokerinin maliyyə hesabatına istinadən xəbər verir.
2022-ci ildə “Status Sığorta Brokeri”nin cəmi gəlirləri 4 min 340 manat, cəmi xərcləri isə 22 min 744 manat təşkil edib.
Ötən il şirkətin cəmi aktivləri 151 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 16.2% çoxdur. Hesabat dövründə sığorta brokerinin cəmi öhdəlikləri 130 min manatdan 149 min manata, cəmi kapitalı isə 91 min manatdan 109 min manata çatıb.
Qeyd edək ki, “Status Sığorta Brokeri” MMC 4 iyun 2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Oksana Marinçenko Andreyevna adlı şəxsdir, nizamnamə kapitalı 10 manatdır. Broker şirkəti AZ1010, Bakı Şəhəri Nəsimi rayonu, Nizami, ev 90a, Lanmark Binası Iıı, 3-cü mərtəbə ünvanında qeydiyyatdadır.