13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanın sığorta sektorunun aktivləri ötən il 13%-dən çox artıb

Ötən ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 804 milyon manat təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin sonu ilə müqayisədə 13.2% çoxdur.

Bu ilin əvvəlinə sektorun aktivlərinin 952 milyon manatı və yaxud 52.8%-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 32.4% çoxdur.

O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 33.2% artaraq 842 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 26.4% artaraq 110 milyon manata çatıb.

Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 1.9% artaraq 325 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 21% azalaraq 94 milyon manat, digər aktivləri isə 1.1% azalaraq 433 milyon manat təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər