2025-ci ilin yanvar-iyul ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937 milyon 658 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 12.5% çoxalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 21% çoxalaraq 529 milyon 307 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 833 milyon 199 min manat, sığorta ödənişlərinin həcmi isə 438 milyon 618 min manat olub.