25 C
Baku
Tuesday, June 10, 2025

Azərbaycanın sığorta şirkətlərinin xalis mənfəəti azalaraq 187 mln. manata düşüb

Azərbaycanda sığortaçıların gəlirləri 2024-cü ildə yüksəlsə də, xalis mənfəətlərində azalma müşahidə edilir.

Banker.az xəbər verir ki, sektorun mənfəəti 2.4% artaraq 228.5 mln manat olub. Lakin mənfəət vergisinin 50%-dən çox artması nəticəsində xalis mənfəət 4.3% azalaraq 195.6 mln manatdan 187.2 mln manata düşüb.

Bununla belə, kapitallarındakı 169.82 mln. manat bölüşdürülməmiş mənfəət 221.78 mln. manata yüksəlib.

2024-cü il ərzində sığorta və təkrarsığorta təşkilatlarının ümumi gəlirləri əvvəlki illə müqayisədə 12% artraq 1 mlrd 533.3 mln manata çatıb. Bu artım əsasən sığorta haqlarının 12.6% və investisiya gəlirlərinin 36.9% artımı ilə əlaqəli olub.

Sığorta haqları 1 mlrd 436.4 mln manat təşkil edərək sektorda əsas gəlir mənbəyi olaraq qalır. Xalis sığorta ehtiyatlarının dəyişməsi isə əvvəlki ilə nisbətən daha az azalma göstərib: 2023-cü ildə bu azalma göstəricisi 220.6 mln manat olduğu halda, 2024-cü ildə 114.6 mln manat olub.

Əhəmiyyətli azalma isə təkrarsığortaçıların ödənişlərdəki payında müşahidə olunub. Bu göstərici 6.2 dəfə azalaraq 145.2 mln manatdan 23.4 mln manata enib.
Ümumi xərclər 13.9% artaraq 1 mlrd 304.9 mln manata çatıb. Bu artımın əsas səbəbi sığorta ödənişləri və haqlarının qaytarılmasında yüksəlişdir. Belə ki, sığorta ödənişləri 16% artaraq 773.6 mln manata çatıb. Həmçinin sığorta haqlarının qaytarılması da 52.5% artaraq 46 mln manatı keçib.

Untitled

Son xəbərlər
Digər xəbərlər