9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın sığorta və təkrarsığorta brokeri mənfəətdən zərərə keçib

“Societe de courtage” MMC sığorta və təkrarsığorta brokerinin cəmi aktivləri bu il yanvarın 1-nə 602 min manat təşkil edib.

Bu barədə  şirkətin maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 57,9%azdır.

2018-ci ildə “Societe de courtage”in öhdəlikləri 72,9%azalaraq 307 min manata, cəmi kapitalı isə 0,3%azalaraq 295 min manata düşüb.

Ötən il sığorta və təkrarsığorta brokerinin gəlirləri 242 min manat (əvvəlki ilə nisbətən 27,55%az), xərcləri 241 min manat (23,5% az) təşkil edib. Son nəticədə, şirkətin maliyyə mənfəəti təxminən 1 000 manat olub ki, bu da illik müqayisədə 19 dəfə azdır.

2018-ci ildə “Societe de Courtage” 2017-ci illə müqayisədə 3,5 dəfə az – təxminən 2 min manat mənfəət vergisi ödəyib və ili təxminən 1 000 manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2017-ci ildən 11 min manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Societe de Courtage” 2006-cı ildən Azərbaycanda fəaliyyət göstərir, Fransa kapitallı şirkətdir. Onun nizamnamə kapitalı 155,8 min manatdır (o vaxtın məzənnəsi ilə 170min ABŞ dolları).

©Report

Son xəbərlər
Digər xəbərlər