“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri 2021-ci ili 21 min 232 manat zərər ilə başa vurub. Halbuki, şirkət 2020-ci ildə 8 min 888 manat mənfəət etmişdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il sığorta və təkrarsığorta brokerinin gəlirləri 217 min 618 manat (əvvəlki ilə nisbətən 12% az), xərcləri 238 min 849 manat (2.1% çox) təşkil edib.
Hesabat dövrünün sonuna Sığorta və Təkrarsığorta Brokerinin cəmi aktivləri 304 min 59 manat təşkil edib. Belə ki, hesabat ilinin əvvəli ilə müqayisədə cəmi aktivləri 8.2% artıb.
31 dekabr 2021-ci ilin sonuna “Societe de Courtage”ın cəmi öhdəlikləri 1.8 dəfə artaraq 84 min 392 manat, cəmi kapitalı isə 6% azalaraq 219 min 667 manat olub.