Azərbaycanın siqaret istehsalçısının ixracı kəskin artıb: Üç aya $11.4 milyonluq gəlir

Azərbaycanın siqaret ixracı 2026-cı ilin ilk 3 ayında 698,7 milyon ədədə çataraq 2025-ci ilin 459,5 milyon ədədinə nisbətən 52,1% artım göstərib.

Banker.az xəbər verir ki, ixracın dəyəri 11 milyon 415 min dollar olub, əvvəlki ilin 6 milyon 768 min dolları ilə müqayisədə 68,6% yüksəlib.

İxrac “TABATERRA” MMC tərəfindən aparılır.

Ölkələr üzrə baxdıqda, Gürcüstana ixrac 324,97 milyondan 529,34 milyon ədədə çataraq 62,8% artım göstərib, dəyəri isə 5 milyon 459,5 min dollardan 9 milyon 738,8 min dollara yüksəlib. Qırğızıstana ixrac 13,6 milyondan 137,78 milyon ədədə yüksələrək 10 dəfədən çox artım nümayiş etdirib, dəyəri 137,9 min dollardan 1 milyon 372,5 min dollara qalxıb.

Özbəkistana ixrac 12,14 milyon ədəd, Suriya Ərəb Respublikasına 10 milyon ədəd, Qazaxıstana 0,11 milyon ədəd və Türkmənistana 0,01 milyon ədəd olub. Həmçinin, 9,35 milyon ədəd ixracın təyinatı hələ müəyyən edilməyib və bunun dəyəri 129,07 min dollar təşkil edib.

Rusiya 2025-ci ilin ilk 3 ayında əsas alıcı olaraq 102,67 milyon ədəd ixrac edilsə də, cari ildə ixrac dayaın.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk dörd ayında siqaret istehsalı illik 23% artaraq 5 milyard 408,5 milyon ədədə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər