26 C
Baku
Tuesday, July 15, 2025

Azərbaycanın son on üç aydakı qızıl idxalı 72 tona yüksəlib

Azərbaycanın xaricdən qızıl məmulatlarının idxalı davam edib. 2024-cü ilin aprelindən bu tərəfə ölkəyə ümumilikdə 71,954 kq qızıl idxal edilib. 2025-ci ilin ilk beş ayında xaricdən aldığı qızılın həcmi 30 875 kiloqram üzərində olub ki, bunun da dəyəri 2 milyard 940.15 milyon ABŞ dolları təşkil edir.

Banker.az xəbər verir ki, keçən ilin eyni dövründə bu rəqəm  7 972 kq və ya 597.04 mln. dollar idi. Bu da 4 dəfə daha çox həcmdə qızıl idxalıdır.

Bununla belə nəzərə almalıdır ki, bu sarı metalın ölkəyə iri həcmdə gətirilməsi keçən ilin aprelindən başlayıb. Həmin tarixə qədər bu kodda məhsul 2019-cu ildə alınmışdı.

Təkcə may ayında  3 946 kq qızıl üçün xaricə 412.85 dollar valyuta xərclənib.

Qızlın bir kiloqramının qiyməti keçən il ölkəyə 76 046 dollara başa gəlirdisə, bu ilin eyni dövründə 104 632 dollara yüksəlib.

Geosiyasi risk və mərkəzi bankların faiz endirimi ehtimalları qızılı tarixi maksimumlara çıxardıb. Bir unsiya qızıl hazırda 3300 ABŞ dollarından bahadır.

Risksiz aktivin hazırda alışları mərkəzi banklar tərəfindən də aparılır. Ümumdünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarına görə, may ayında qlobal mərkəzi banklar qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 20.5 ton artırıblar. Bu, aprel ayından çoxdur (düzəliş edilmiş məlumatlara görə 15.6 ton), lakin hələ də son 12 ayın orta göstəricisindən azdır.

May ayında ən aktiv qızıl alıcıları Qazaxıstan (ehtiyatları 7.4 ton artıb), Türkiyə (6.4 ton), Polşa (6.2 ton), Çin (1.9 ton), Çexiya (1.6 ton), Qırğızıstan (1.3 ton) və Kamboca (1 ton) olub.

454545 scaled

Satış həcminə görə lider Sinqapur Mərkəzi Bankı olub (-5.4 ton).

Bu yaxınlarda WGC müxtəlif ölkələrin mərkəzi banklarının nümayəndələri arasında sorğu keçirib və respondentlərin 43%-i qeyd edib ki, onların ölkəsi gələn il qızıl alacaq. Respondentlərin 95%-i isə dünyanın mərkəzi banklarındakı qızıl ehtiyatlarının artmaqda davam edəcəyinə inanır. Bu nəticəni çıxararkən respondentlər qızılın böhran və inflyasiya zamanı aktivləri diversifikasiya etmək və hedcinq etmək qabiliyyətinə istinad edirlər.

Qeyd edilən məlumata Dövlət Neft Fondunun əməliyyatları daxil edilmədən hesablanır. Suveren fondun 2025-c ilin ilk rübündə daha 18.7 tonluq qızıl alıb ki, bununla da suveren fondun qızıl ehtiyatlarının həcmi 165.3 tona yüksəlib. ARDNF yaxın vaxtlarda ilk yarım il üzrə ümumi aktivlərini açıqlamalıdır və fondun qiymətli metalın alışlarının həyata keçirib-keçməyəcəyi həmin hesabatdan məlum olacaq.

Bu ilin ilk yarısında Azərbaycanda 1 601 kq qızıl istehsal edilib. Bu da illik 59.5 faiz artımdır.

Azərbaycanın 2025-ci ilin ilk 4 ayında qızıl idxalı
Ölkə  Miqdar, kq  Dəyər, min dollar
  Qazaxıstan    2,556.83     262,172.89
  Qırğızıstan        98.76       10,589.15
  Özbəkistan    1,201.83     122,234.44
  Rusiya    4,752.95     439,260.21
  Amerika Birləşmiş Ştatları    3,345.76     340,301.79
  Avstraliya    3,994.61     354,724.78
  Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı    2,770.71     256,695.37
  Braziliya    1,021.46       95,318.81
  Cənubi Afrika Respublikası    1,484.06     154,765.90
  Çin    1,173.72     108,207.58
  Çinin xüsusi inzibati rayonu Honkonq       184.29       16,723.14
  Filippin       240.88       24,325.53
  İsveçrə    1,470.02     145,035.48
  Kanada    1,375.07     129,773.39
  Meksika    2,107.72     185,463.97
  Türkiyə    1,085.00       99,225.29
  Yaponiya       149.89       15,586.09
  Zimbabve        12.20        1,133.44
  Almaniya    1,062.49       95,859.22
  İspaniya       502.32       52,884.17
  İsveç        38.16        4,099.74
  İtaliya       233.42       24,547.26
  Rumıniya        13.12        1,224.06
CƏMİ  30,875.27  2,940,151.69

 

Son xəbərlər
Digər xəbərlər