11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsi $1.3 mlrd.-a çatıb

Azərbaycanın SPECA ölkələri (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ilə ticarət dövriyyəsi ötən il 3.6 dəfə artaraq 1.3 mlrd. dollara çatıb. Bu ilin ilk on ayında isə bu rəqəm 1.2 mlrd. dollara çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16% çoxdur.

Bunu SPECA İqtisadi Forumu çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Bundan əlavə, Azərbaycan ixracın həcminə görə də müsbət nəticələr nümayiş etdirib. Ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk on ayında Azərbaycanın SPECA-nın iştirakçı ölkələrinə ixracı təxminən 82% artıb.

“Resurslarla zənginlik Azərbaycanın region ölkələri ilə, xüsusilə Qazaxıstan, Özbəkistanla ticarət əlaqələrini daha da genişləndirilməsinə, iqtisadi əməkdaşlığa töhfə verir”- iqtisadiyyat naziri əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər