1 C
Baku
Wednesday, February 12, 2025

Azərbaycanın Şri-Lankadan aldığı çay bahalaşıb

Azərbaycan 2024-cü ilin 10 ayında xaricdən 10.01 min ton həcmində qara çay idxal edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxalın dəyəri 50.81 milyon ABŞ dolları təşkil edib.

Beləliklə, idxalın həcmi illik müqayisədə miqdar baxımından 6 faiz, dəyər baxımından isə 8 faiz artıb.

Ölkənin əsas qara çay təchizatçısı olan Şri-Lankdan 7.83 min ton qara çay idxal edilməklə keçənilki göstəricidən 1 faiz az olub, lakin dəyər illik müqayisədə 7 faiz yüksəlib . Cənubi Asiya ölkəsindən keçən il bir ton qara çayı Azərbaycana 5 172 dollara idxal edildiyi halda, bu rəqəm bu il 5 618 dollara qədər bahalaşıb. Bu da hər tonda 445 dollar qiymət artımıdır.

Hindistan, Keniya və İrandan öncəki illə müqayisədə qara çay idxalı kəskin artıb. Həmçinin qiymətlər öncəki illə müqayisədə Şrilankadan daha ucuz olub.

5895y4389575y4o8357y43

Son xəbərlər
Digər xəbərlər