11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın strateji valyuta ehtiyatları $52.4 mlrd.-ı ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyyatlarının həcmi 2022-ci ildə 239 milyon manat artıb.

Bu barədə Banker.az ARDNF-ə istinadən xəbər verir.

Fondun məlumatına görə, 1 aprel 2022-ci il tarixinə 45 milyard 264.33 milyon ABŞ dolları həcmində investisiya portfeli olub. Bu ilin əvvəlində 45 mlrd. 025 mln. dollar idi.

Qeyd edək ki, həmin tarixə Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 7 milyard 136.5 milyon dollardır.

Beləliklə, Azərbaycanın strateji valyuta ehtiyatlarını formalaşdıran Mərkəzi Bankı və Dövlət Neft Fondunun birlikdə 52 milyard 400.5 milyon dollar olub.

4423

Son xəbərlər
Digər xəbərlər