14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın strateji valyuta ehtiyatları $68 milyardı keçib

2023-ci illə müqayisədə bir qədər azalsa da, Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri əlverişli olaraq qalıb. Bu da ölkənin tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərib.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

2023-cü ildə tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansı profisitli olub. Belə ki, ilin 11 ayında xarici ticarət balansında 15.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır.

2023-cü ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 6.7 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun (ÜDM) 12.5%-i səviyyəsində olmuşdur.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 2023-cü ilin 11 ayında 16.6% artaraq 68.2 mlrd. ABŞ dollarına çatıb.

Son xəbərlər
Digər xəbərlər