-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 5 dəfə üstələyib

2016-cı ilin I rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 25 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 5 dəfə üstələyib.

Banker.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında deyilir.

İcmalda deyilir ki, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları zəruri həcmdə qorunub.

Ölkənin aprelin 1-nə olan strateji valyuta ehtiyatları 38 milyard dolları ötür. SOFAZ-ın aktivləri 34,25 milyard dollar təşkil edir. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyataları isə 4065,8 milyon dollardır.

Son xəbərlər
Digər xəbərlər