Hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3.9 milyard, təkcə ötən ilə nisbətən isə 2.2 milyard kubmetr artıq həcmdə su toplanılıb.
Bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müşaviri Əsəd Şirinov ilin yekunlarına dair keçirilən tədbirdə deyib. O qeyd edib ki, bu, ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərib, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir.
Cari ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1.5 milyon hektar sahədə orta hesabla 3.4 dəfə suvarılıb, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7.5 mlrd. kbm su verilib.
“Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir”, – deyə o vurğulayıb.