“Çiçəkli Su Elektrik Stansiyası” Açıq Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişir.
Banker.az-ın məlumatına görə, “Çiçəkli Su Elektrik Stansiyası” ASC təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edir.
Qeyd edək ki, 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüş stansiya yenidən qurulduqdan sonra 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə yenidən istismara verilib.