8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın suveren fondu 4.32 mlrd. manatlıq xalis mənfəət edib

Azərbaycan respublikası Dövlət Neft Fondu 2019-cu il ərzində böyük xalis mənfəət əldə etdiyi açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə beynəlxalq audit şirkəti “PwC Azerbaijan” tərəfindən aparılan hesabatda qeyd edilir.

Azərbaycanın suveren fondu ARDNF 2019-cu ildə 2 mlrd. 245.29 mln. manat mənfəət və ya zərər hesablarında ədalətli dəyərlə ölçülən maliyyə aktivlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir, 1 mlrd 194.59 mln. manatı faiz gəliri, 922.54 mln. manat mənfəət və ya zərər hesablarında ədalətli dəyərlə ölçülən maliyyə aktivləri üzrə faiz gəliri, 64.97 mln. investisiya gəliri, 75.72 mln. manat icarədən gəliri təşkil edib.

Nəticədə ARDNF-in cəmi əməliyyat gəliri 4 milyard 443 milyon manat təşkil edib. Öncəki ildə 702.36 mln. zərər etmişdi.

Bütün digər inzibati xərcləri çıxıldıqdan sonra ARDNF-in xalis mənfəəti 4 mlrd. 316.21 mln. manat təşkil edib. 2018-ci ildə ölkənin suveren fondu 768.45 mln. manatlıq zərər etmişdi.

Bu xalis mənfəət nəticəsində ARDNF-in balansında bölüşdürülməmiş mənfəətin həcmi il ərzində 30 mlrd. 59266 mln. manatdan 34 milrd. 908.73 mln. manata qədər artıb.rwerwe

Son xəbərlər
Digər xəbərlər