9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın təbii qaz ehtiyatları 2060-cı ilədək 35%-ə qədər artacaq – Dünya Bankı

Qaz hasilatının daha kiçik hissəsi Azərbaycanın özündə istehlak olunduğundan ölkədə ixrac üçün mövcud olan təbii qaz ehtiyatlarının 2060-cı ilədək 35 faizədək artacağı proqnozlaşdırılır.

Bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ında qeyd olunub.

Hesabatda bildirilib ki, karbonsuzlaşdırma üçün yatırılan investisiyalar enerji sahəsində subsidiyaların aradan qaldırılması ilə müşayiət edilərsə, enerji sisteminin xərcləri yalnız bir qədər arta bilər.

“Eyni zamanda, bu investisiyalar ölkədə təbii qaz istehlakının azalması prosesinin daha da davam etməsinə və ixrac üçün mövcud enerji ehtiyatlarının əhəmiyyətli dərəcədə artmasına imkan verəcək”, – deyə hesabatda vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər