2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın tədiyyə balansının ümumi qalığı 1 milyard 572.4 milyon dollar təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilən rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 4.8 dəfə çoxdur.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 952.7 milyon dollarlıq qalıq (illik müqayisədə 6.3 dəfə çox), kapital hesabındakı 0.3 milyon dollarlıq kəsir (əvvəlki il qalıq olub), maliyyə hesabındakı 1 milyard 195.6 milyon dollarlıq kəsir (əvvəlki il qalıq olub), balanslaşdırıcı maddələr üzrə 1 milyard 184.4 milyon dollarlıq kəsir (3.7 dəfə çox) hesabına formalaşıb.
“2022-ci ilin I rübündə tədiyə balansı1 əsasən qlobal əmtəə bazarlarında neft-qaz
qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdir”, deyə Mərkəzi Bank bildirir.