Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfərə dəvət olunacaq.
Bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyinin Departament rəhbəri Kaxa Xandolişvili məlumat verib.
Onun sözlərinə görə, səfərin noyabr ayında baş tutacağı gözlənilir.
K.Xandolişvili qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında təhsil sahəsində mövcud sazişlərin sadələşdirilməsi və yeni razılaşmaların imzalanması nəzərdə tutulub.