15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacı böyükdür – Keyko Honda

Dünya Bankı qrupunun icraçı vitse-prezidenti və İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentliyin (MİGA) icraçı direktoru xanım Keyko Honda hökumət rəsmiləri və potensial sərhədlərarası özəl investorlarla görüşmək məqsədilə bu gün Bakıya səfər edib.

Səfərin məqsədi Azərbaycanın orta müddətli inkişaf strategiyasını müəyyənləşdirməkdədir.

Qeyd edək ki, Dünya Bankının rəsmi açıqlamasında deyilir ki, hökumət özəl sektorun inkişafı üçün mühitin yaxşılaşdırılması məqsədilə islahatların həyata keçirilməsinin sürətləndirilməsinə xüsusi diqqət ayırır:

“Dünyada çatışmayan maliyyə resursları yox, mənfəətli layihələrdir. Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacı böyükdür və bu ehtiyacların qarşılanması üçün sərhədlərarası investorların imkanlarından istifadə edilə bilər. Mən ölkənin inkişaf məqsədlərinə nail olması üçün özəl kapitalın cəlb edilməsində MİGA-nın necə yardım edə biləcəyini öyrənməyə ümid edirəm”, – deyə K.Honda bildirib.

2017-ci maliyyə ilində MİGA qeyri-kommersiya risklərinin sığortalanması və kredit potensialının gücləndirilməsi ilə inkişaf etməkdə olan ölkələrə yatırılan 4,7 milyard dollar dəyərində beynəlxalq özəl investisiyaları dəstəkləyib. Ümumilikdə isə 1988-ci ildən MİGA 110 ölkədə 800-dən artıq layihəyə dəstək verib.

Son xəbərlər
Digər xəbərlər