2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın tanınan banklarının birində kadr dəyişiklikləri olub

“Unibank” ASC-nin rəhbərliyində yeni təyinatlar olub.

Bankdan bildiriblər ki, kadr dəyişiklikləri nəticəsində aprelin əvvəlindən icraçı direktorun səlahiyyətlərini yerinə yetirən Xalid Əhədov bu vəzifəyə təsdiq edilib. Bu vəzifə keçmiş icraçı direktor Cəlal Qasımovun iş yerini dəyişməsi ilə əlaqədar vakant qalmışdı.

İcraçı direktorun birinci müavini vəzifəsinə isə Emin Rəsulzadə təyin olunub. O, eyni zamanda, “Unibank” İdarə heyətinin üzvü, maliyyə işləri üzrə direktor və baş maliyyə administratoru vəzifələrində çalışır.

Bundan əvvəl X.Əhədovun tutduğu pərakəndə bank xidmətləri üzrə direktor vəzifəsinə isə İcra Komitəsinin üzvü Taleh Tahirli təyin olunub.

Bu təyinatadək T.Tahirli Unibank-da Pərakəndə Bank Məhsulları və Proseslərinin İnkişafı departamentinin rəhbəri olub.

Trend

Son xəbərlər
Digər xəbərlər