9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanın TAP vasitəsilə Avropoya nəql etdiyi qazın həcmi açıqlanıb

Azərbaycandan ümumilikdə 10 mlrd. kubmetr təbii qaz Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP indiyə kimi Azərbaycan təbii qazının Avropa bazarına artan həcmlərlə fasiləsiz axınını təmin edib. Bir ildən bir qədər artıq müddətdə Avropaya 10 mlrd. kubmetr təbii qaz çatdırılıb.  Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 mln. kubmetrdən çox qaz nəql olunur.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. 878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 mlrd. kubmetrədək artırılması perspektivləri isə növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.

Son xəbərlər
Digər xəbərlər