Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlanıb

Azərbaycanın İrandakı səfirliyi 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

“Azərbaycanın Tehrandakı səfirliyinin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir”, – o vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Tehran hələ ki, İranın Azərbaycana yeni səfirini təyin etməyib.

XİN rəsmisi əlavə edib ki, səfirin təyinatına İranda yeni hökumət formalaşandan sonra baxılacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər