11 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın Tehrandakı səfirliyinin hansı hallarda bərpa olunacağı açıqlanıb

“İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur: “Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq isə qərar qəbul olunacaq. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkün olacaq”.

 

Son xəbərlər
Digər xəbərlər