2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının xarici ticarət balansında 18 milyard dollara yaxın müsbət saldo yaranıb.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 608.3 milyon ABŞ dolları təşkil etmişdir.
Ticarət dövriyyəsinin 26 milyard 739.9 milyon dollarını və ya 75.1 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 868.4 milyon dollarını (24.9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 17 milyard 871.5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 70.4 faiz, real ifadədə isə 6.6 faiz artmışdır. İxrac real ifadədə 10.7 faiz artmış, idxal isə 1.0 faiz azalmışdır. 2022-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 19.0 faiz, real ifadədə 7.0 faiz artaraq 1885.5 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37.1 faizi İtaliya, 11.1 faizi Türkiyə, 6.3 faizi Rusiya, 4.4 faizi Hindistan, 3.8 faizi Çin, 3.4 faizi İsrail, 2.7 faizi Birləşmiş Krallıq, 2.5 faizi Yunanıstan, 1.9 faizi Almaniya, 1.8 faizi Çexiya, 1.7 faizi Xorvatiya, 1.6 faizi Portuqaliya, 1.5 faizi Gürcüstan, hər biri 1.4 faiz olmaqla Ukrayna və İspaniya, 1.2 faizi Tunis, hər biri 1.1 faiz olmaqla İsveçrə, ABŞ və Qazaxıstan, hər biri 0.9 faiz olmaqla İran və Vyetnam, 11.1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 48.9 faizini İtaliyaya, 9.4 faizini Türkiyəyə, 5.3 faizini Hindistana, 4.5 faizini İsrailə, 3.3 faizini Yunanıstana, 3.0 faizini Birləşmiş Krallığa, 2.3 faizini Xorvatiyaya, 2.2 faizini Çexiyaya, hər biri 2.1 faiz olmaqla Portuqaliya və Rusiyaya, hər biri 1.7 faiz olmaqla Gürcüstan və İspaniyaya, 1.6 faizini Tunisə, hər biri 1.3 faiz olmaqla İsveçrə və Ukraynaya, 1.0 faizini Almaniyaya, hər biri 0.9 faiz olmaqla Vyetnam, Rumıniya və Tailanda, 5.6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (28.0 faiz), Türkiyəyə (26.0 faiz), Gürcüstana (6.7 faiz), İsveçrəyə (6.2 faiz), ABŞ-a (3.2 faiz), Qazaxıstana (2.3 faiz), İtaliyaya (2.2 faiz), Rumıniyaya (2.2 faiz), Niderlanda (2.1 faiz), Hindistana (1.6 faiz), Özbəkistana (1.5 faiz), Bolqarıstana (1.3 faiz), Çinə (1.3 faiz), Ukraynaya (1.2 faiz), Belarusa (1.2 faiz), Birləşmiş Krallığa (1.2 faiz), Braziliyaya (1.0 faiz), İsveçə (1.0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18.6 faizi Rusiya, 16.1 faizi Türkiyə, 14.8 faizi Çin, 4.5 faizi Almaniya, 3.7 faizi Qazaxıstan, 3.4 faizi İran, 3.2 faizi ABŞ, 2.6 faizi Türkmənistan, 2.3 faizi İtaliya, 2.1 faizi Yaponiya, 1.9 faizi Koreya, hər biri 1.8 faiz olmaqla Ukrayna və Birləşmiş Krallıq, hər biri 1.7 faiz olmaqla Fransa və Hindistan, 1.2 faizi Belarus, 1.1 faizi Braziliya, 1.0 faizi Özbəkistan, 0.9 faizi Gürcüstan, 15.6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür. 3 2022-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 7.1 faiz, tütün – 2.2 dəfə, çay – 91.7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 4.0 faiz, mineral gübrələr – 79.4 faiz, emal olunmamış alüminium – 47.8 faiz, qara metallardan çubuqlar – 28.4 faiz, sement klinkerləri – 16.7 faiz, qara metallardan borular – 30.7 faiz, bentonit gili – 2.7 faiz artmış, təzə tərəvəz ixracı isə 7.7 faiz, kartof – 14.8 faiz, şəkər – 56.4 faiz, bitki yağları – 23.2 faiz, meyvə və tərəvəz şirələri – 18.3 faiz, meyvə və tərəvəz konservləri – 16.0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 46.0 faiz, pambıq lifi – 35.4 faiz, polietilen – 16.3 faiz, polipropilen – 22.3 faiz, pambıq ipliyi – 48.2 faiz, qara metallardan yarımfabrikatlar – 41.0 faiz azalmışdır. 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2022-ci ilin yanvar-avqust aylarında buğda idxalı 12.1 faiz, təzə meyvə – 10.2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 30.2 faiz, unlu qənnadı məmulatları – 11.4 faiz, quş əti və onun əlavə məhsulları – 12.6 faiz, kartof – 4.1 faiz, dərman vasitələri – 26.5 faiz, polad prokatı – 28.5 faiz, məişət kondisionerləri – 36.8 faiz, sintetik yuyucu vasitələr – 10.3 faiz, mebellər – 4.4 faiz, avtobuslar – 2.7 dəfə, qara metallardan çubuqlar – 27.8 faiz, polietilen – 73.1 faiz, polipropilen – 6.9 faiz, sement – 34.7 faiz artmış, bitki yağları idxalı isə 7.1 faiz, xam şəkər – 9.5 faiz, şokolad və şokolad məhsulları – 5.2 faiz, çay – 2.7 faiz, təzə tərəvəz – 28.4 faiz, mal əti – 49.4 faiz, siqaretlər – 78.6 faiz, minik avtomobilləri – 13.3 faiz, qara metallardan borular – 17.5 faiz, hesablama maşınları, blok və qurğuları – 28.4 faiz, yük avtomobilləri – 12.9 faiz, rezin şinlər – 2.1 faiz, mineral gübrələr – 51.4 faiz, paltaryuyan maşınlar – 33.3 faiz, qara metallardan künclüklər – 2.3 faiz, məişət soyuducuları – 35.3 faiz azalmışdır.