12 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanın ticarət balansında $23.46 milyardlıq qalıq (profisit) yarandı

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 181 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal olunmuşdur.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsinən məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 46 milyard 633.2 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 35 milyard 045.6 milyon dollarını və ya 75.2 faizini ölkədən ixrac olunmuş məhsulların, 11 milyard 587.6 milyon dollarını (24.8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 23 milyard 458.0 milyon dollar (öncəki ayda 20 mlrd 669.6 mln. dollar idi) məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68.6 faiz, real ifadədə 9.3 faiz, o cümlədən ixrac 13.3 faiz, idxal isə 1.7 faiz artmışdır.

2022-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16.2 faiz, real ifadədə 6.0 faiz artaraq 2 milyard 386.0 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37.5 faizi İtaliya, 10.9 faizi Türkiyə, 6.2 faizi Rusiya, hər biri 3.8 faiz olmaqla Hindistan və Çin, 3.3 faizi İsrail, 3.0 faizi Yunanıstan, hər biri 2.1 faiz olmaqla Birləşmiş Krallıq və Xorvatiya, hər biri 2.0 faiz olmaqla Almaniya və İspaniya, 1.5 faizi Çexiya, hər biri 1.4 faiz olmaqla Portuqaliya və Gürcüstan, 1.2 faizi Ukrayna, 1.1 faizi Qazaxıstan, hər biri 1.0 faiz olmaqla ABŞ, İndoneziya, Vyetnam və Rumıniya, 12.7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər