14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın ticarət balansında ilk rübdə $4.3 mlrd. saldo yaranıb

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 89 ölkəyə məhsul ixrac olunmuş, 165 ölkədən idxal olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 269.3 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 8 milyard 239.4 milyon dollarını və ya 67.2 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 029.9 milyon dollarını (32.8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 milyard 209.5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0.1 faiz, real ifadədə 5.1 faiz, o cümlədən idxal 13.7 faiz, ixrac isə 2.4 faiz artmışdır. 2023-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23.2 faiz, real ifadədə 19.2 faiz artaraq 912.2 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25.3 faizi İtaliya, 13.8 faizi Türkiyə, 9.0 faizi Rusiya, 5.3 faizi Çin, 3.9 faizi Almaniya, 3.8 faizi İsrail, 3.5 faizi İspaniya, 3.2 faizi Yunanıstan, 3.1 faizi Hindistan, 2.7 faizi Rumıniya, hər biri 2.5 faiz olmaqla Çexiya və Fransa, 2.3 faizi Gürcüstan, 1.8 faizi Türkmənistan, 1.4 faizi Avstriya, hər biri 1.1 faiz olmaqla İran və Qazaxıstan, 1.0 faizi Vyetnam, 12.7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Son xəbərlər
Digər xəbərlər