2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın ticarət balansında saldo artaraq $3.62 milyardı keçib

Azərbaycanda Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18 milyard 225.4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 10 milyard 924.7 milyon dollarını və ya 59.9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7 milyard 300.7 milyon dollarını (40.1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmişdir. Nəticədə 3 milyard 624.0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Bu aprel ayına qədər müsbət saldo 3 milyard 48.6 milyon dollar olmuşdu.

2024-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 104 ölkəyə məhsul ixrac olunmuş və 154 ölkədən idxal olunmuşdur.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9.9 faiz, real ifadədə 7.6 faiz, o cümlədən idxal 7.8 faiz, ixrac isə 7.6 faiz azalmışdır. 2024-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14.0 faiz, real ifadədə 22.5 faiz azalaraq 1 milyard 260.9 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 23.9 faizi İtaliya, 13.9 faizi Türkiyə, 9.4 faizi Rusiya, 7.2 faizi Çin, 5.0 faizi İsrail, 3.6 faizi Hindistan, 3.4 faizi Almaniya, 2.4 faizi Avstraliya, 2.0 faizi Çexiya, hər biri 1.8 faiz olmaqla ABŞ və Yunanıstan, hər biri 1.5 faiz olmaqla Gürcüstan və Xorvatiya, hər biri 1.3 faiz olmaqla Bolqarıstan, Rumıniya, İran, Tailand və Portuqaliya, hər biri 1.1 faiz olmaqla Türkmənistan və Ukrayna, hər biri 0.9 faiz olmaqla Koreya, Belarus və Tunis, 11.2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Son xəbərlər
Digər xəbərlər