Azərbaycan 2025-ci ilin yanvar ayında xaricə 3.038 mlrd. dollarlıq məhsul ixrac edib. İxracın həcmi illik müqayisədə 64 faiz artıb.
Banker.az bunu Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumatda bildirilir.
İlin ilk ayında idxalın həcmi isə 2.052 mlrd. dollar olub.
Beləliklə, yanvarda ticarət balansında 986 mln. dollarlıq profisit (qalıq) ayarnıb.
Keçən ayda ixrac edilmiş məhsulların 2.793 mlrd. dolları və ya 92 faizi neft və qaz məhsullarının payına düşüb. Hesabat müddətində xaricə 1.903 mlrd. dollarlıq xam neft, 870 mln. dollarlıq təbii qaz satılıb.
Qeyri-neft qaz məhsullarının ixrac həcmi isə 246 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 11 faiz artımdır.