Azərbaycanda 2024-cü ilin aprelində tikintidə istifadə edilən bir sıra mühüm materialların qiymətləri azalıb, lakin tikinti-quraşdırma işləri üzrə qiymət indeksində hələ ki cüzi artım qalmaqdadır.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, divar alçısı, keramik plitə yapışdırıcısı, kəsilmiş taxta, ağaс-yonqar lövhə, ağaс-lifli lövhə, parket alçipan və lambrinin qiymətləri illik müqayisədə ucuzlaşıb.
Strukturun əsasında istifadə edilən sementin qiyməti isə illik müqayisədə 2.2%, son ayda isə 1.36% bahalaşıb.
2024-cü ilin I rübünün nəticələrinə əsasən, tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi rüblük müqayisədə cəmi 0.2% artıb.