Azərbaycanın tikinti materialları satıcısının mənfəəti və satışdan gəlirləri azalıb

“Konstromat” ASC 2025-ci ildə xalis mənfəəti 19% azalma ilə 4 milyon 409 min manatdan 3 milyon 588 min manata düşüb.

Banker.az bu barədə ASC-nin illik maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin satış gəlirləri 2024-cü ildəki 38 milyon 17 min manatdan 5% azalaraq 2025-ci ildə 36 milyon 200 min manata düşüb.

Hesabat dövründə şirkətin 2025-ci ildə cəmi aktivləri 12 milyon 443 min manat təşkil edib. Şirkətin cəmi kapitalı 6 milyon 478 min manat, cəmi öhdəlikləri isə 5 milyon 965 min manat səviyyəsində qərarlaşıb.

Cəmiyyətin 01.11.2023-cü il tarixinə nizamnamə kapitalının miqdarı 4000 manat
olmuşdur. Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdar bölgüsü aşağdakı kimi olmuşdur: Rasim Naib oğlu Əkbərov -100%. Cəmiyyətin 22.02.2024-cü 1 tarixinə nizamnamə kapitalının miqdarı 200000 manat olmuşdur. Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdar bölgüsü aşağdakı kimi olmuşdur: Rasim Naib oğlu Əkbərov -100%.

Hazırda ASC-nin əsas fəaliyyəti ağac və tikinti materialların topdan satışı üzrə agentlik fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin 31 dekabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixə işçilərinin sayı müvafiq olaraq 24 və 24 nəfər olub..

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər