“Az-Caspian Construction” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Az-Caspian Construction” MMC-nin vergi borcu 1 816 982.35 manatdır.
Xatırladaq ki, “Az‑Caspian Construction” MMC 2009-cu ildə təsis edilmiş Azərbaycanın tikinti şirkətlərindən biridir. Şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Rəşad İbadovdur.







