Türkiyənin “Turkcell” şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın “Azerinteltek” şirkətindəki payını “Baltech Investment LLC” şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra “Baltech Investment LLC”nin “Azerinteltek” şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcəkdir. Banker.az bu barədə Marja resursuna istinadla xəbər verir.
“Turkcell” şirkəti “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin kapitalının 55%-nə sahibdir. “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ” isə Azərbaycanda fəaliyyət göstərən “Azerinteltek” şirkətinin 51%-nə sahib idi.
“Şirketimizin 55%-nə ortaq olduğu “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin, “Azerinteltek”də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, “Azerinteltek”in 24,5 faiz ilə səhmdarı olan “Baltech Investment LLC”yə 19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilmişdir”, – “Turkcell”dən bildirilib. “Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.