Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 5,799 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 % azdır.
Təkcə mayda Türkiyə Azərbaycana 0,823 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 60 % azdır.
5 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % azalaraq 627,319 milyon ABŞ dollarına, may ayında isə 8 % azalaraq 124,839 milyon ABŞ dollarına düşüb.