2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın Türkiyəyə ixracının dəyəri 61% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2 714,089 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Report agentliyinin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1% çoxdur.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi dövriyyənin 11,85%-ə bərabər olub.

8 ay ərzində  Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1 739,092 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 655,734 milyon dollar və yaxud 60,5% çoxdur.

Bu müddətdə Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 974,996 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 27,541 milyon dollar və yaxud 2,75% azdır.

Azərbaycanın qardaş ölkəyə ixracı ümumi ixracın 12,9%-nə, idxalı isə ümumi idxalın 10,4%-nə bərabər olub

Son xəbərlər
Digər xəbərlər