3 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanın Türkmənistandan idxal etdiyi təbii qazın həcmi azalmaqdadır

Azərbaycan Xəzərin o tayından təbii qaz idxalını davam etdirsə də, göstərici keçənilki səviyyədən kəskin fərqlə aşağıdır.

Banker.az-ın əldə etdiyi rəsmi göstəriciyə əsasən, 2024-cü ilin ilk üç rübündə Türkmənistandan 341.08 milyon kub-m təbii qaz idxal edilib və bu qazın idxal dəyəri cəmi 51.16 milyon ABŞ dolları təşkil edir.

Azərbaycan təbii qazı Türkmənistandan birbaşa deyil, İran üzərindən idxal edir ki, bu da svop qaz sayılır. 2021-ci ildə Azərbaycan, İran və Türkmənistan liderlərinin Aşqabaddakı anlaşmasından sonra belə bir ticarət baş tutmağa başladı.

Azərbaycan ilə Türkmənistan arasındakı təbii qaz ticarəti keçən il ən pik həddini yaşadı və həcm 1 mlrd. 517.33 mln. kub-m və ya 218.23 mln. dollar idi. Cari ildəki həmin göstəricinin 73 faizinə bərabərdir.

Azərbaycan ilin ilk üç rübündə 18 mlrd. 731.07 mln. kub-m təbii qaz satıb və bu satışların ümumi dəyəri 6 mlrd. 75.3 mln. dollar olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Azərbaycan 2022-ci ilin ikinci yarısından bu tərəfə Türkmənistandan təbii qazın hər 1000 kub-m üçün standart olan 150 dollar ödəyir. Bununla belə, təbii qaz 2022-ci ilin ortalarındakı müharibə şokundan tarixi maksimum olan hər 1000 kub-m 1000 dollar deyil. Cari ildə Azərbaycan ortalama hər 1000 kub-m üçün 324 dollar ödəyib.

 

Son xəbərlər
Digər xəbərlər