8 C
Baku
Wednesday, January 8, 2025

Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi məsələsi ilə bağlı açıqlama yayıb.

Banker.az Oxu.az-a istinadən xəbər verir ki, Agentliyin mətbuat katibi Pərvanə İmanova açıqlamasında bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olub:

“Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib”.

Son xəbərlər
Digər xəbərlər