10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın üzv olduğu banka prezident seçildi

Jin Liqun II dəfə Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti seçilib.

Onlayn reallaşan illik toplantı zamanı keçirilmi. seçkinin nəticələri bu gün açıqlanıb.

J. Liqun ikinci müddət vəzifəsinin icrasına 2021-ci il yanvarın 16-da başlayacaq və 5 il müddətində fəaliyyət göstərəcək.

Yenidən prezident seçilməyinin ona verilmiş böyük imtiyaz olduğunu qeyd edən J.Liqun qarşıdakı 10 ildə əsas investisiyaların hansı sahələrə yatırılacağını da açıqlayıb. Onun sözlərinə görə, bu, iqlim dəyişikliyi, infrastruktur, regionda özəl kapital və rəqəmsal dividentlərin artırılması ilə bağlı sahələrdir.

Xatırladaq ki, Azərbaycan AIIB-in üzvüdür. 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni Maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Azərbaycanın Bankda nominal iştirak payı 254,1 milyon ABŞ dolları, nisbi iştirak payı 0,2627%, səsvermə hüququ 2,93%-dir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər