14 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanın valyuta ehtiyatları son 10 ildə

2009-2018-ci illərdə Azərbaycanın valyuta ehtiyatları 26 784,7 mln. ABŞ dolları və yaxud 2,5 dəfə artaraq bu il yanvarın 1-nə 44 140,9 mln. dollar təşkil edib.

Bunun 38 515,2 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 5 625,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Son 10 ildə ARDNF-in valyuta ehtiyatları 27 296 mln. dollar və yaxud 3,4 dəfə artıb, AMB-nin valyuta ehtiyatları isə 511,3 mln. dollar və yaxud 8,3% azalıb.

Müşahidələr göstərir ki, Azərbaycanın valyuta ehtiyatları 2009-2014-cü illərdə ancaq artıb və 1 iyul 2014-cü il tarixində maksimal həddə 52 785,6 mln. dollara çatıb. Bundan sonra isə dünya bazarında neftin qiymətinin azalması ilə əlaqədar valyuta ehtiyatları azalmağa başlayıb və 1 yanvar 2017-ci il tarixində 37 121,4 mln. dollara düşüb. Son 2 ildə isə kiçik istisnalarda valyuta ehtiyatları artmaqda davam edib. Hazırda bu göstərici tarixi rekorddan 8 644,7 mln. dollar və yaxud 16,4% azdır.

Eyni tendensiya ARDNF-in və AMB-nin valyuta ehtiyatlarında da müşahidə edilib. Belə ki, hər iki qurum 2009-2014-cü illərdə valyuta ehtiyatlarını artırıb. 2014-cü ilin II rübünün yekununda ARDNF 37 622,4 mln. dollar, AMB isə 15 163,2 mln. dollar vəsaitə malik olub. Bundan sonra isə hər iki qurumun valyuta ehtiyatları məlum səbəbdən azalmağa başlayıb və 2016-cı ilin sonunda isə müvafiq olaraq 33 147 mln. dollara və 3 974,4 mln. dollara düşüb. Son 2 ildə ARDNF valyuta ehtiyatlarını 5 368,2 mln. dollar və yaxud 16,2% artırıb və maksimal həddə çatdırıb. AMB isə valyuta ehtiyatlarını 1 651,3 mln. dollar və yaxud 41,55% artırıb, amma hazırda bu göstərici tarixi rekorddan 9 537,5 mln. dollar və yaxud 2,7 dəfə azdır.

  ARDNF-in valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
01.01.2019 38 515,2 5 625,7 44 140,9
01.10.2018 38 987,7 5 534,5 44 522,2
01.07.2018 38 036,1 5 512,7 43 548,8
01.04.2018 37 631,7 5 508,0 43 139,7
01.01.2018 35 806,5 5 334,6 41 141,1
01.10.2017 36 020,0 5 167,5 41 187,5
01.07.2017 34 790,9 4 964,1 39 755,0
01.04.2017 33 207,2 4 432,7 37 639,9
01.01.2017 33 147,0 3 974,4 37 121,4
01.10.2016 35 822,1 4 132,7 39 954,8
01.07.2016 35 117,9 4 283,9 39 401,8
01.04.2016 34 246,0 4 065,8 38 311,8
01.01.2016 33 574,1 5 016,7 38 590,8
01.10.2015 34 738,1 7 014,7 41 752,8
01.07.2015 35 783,3 8 520,2 44 303,5
01.04.2015 34 930,5 9 472,1 44 402,6
01.01.2015 37 104,1 13 758,3 50 862,4
01.10.2014 37 305,3 15 042,4 52 347,7
01.07.2014 37 622,4 15 163,2 52 785,6
01.04.2014 36 618,4 14 715,7 51 334,1
01.01.2014 35 877,5 14 152,0 50 029,5
01.10.2013 35 809,2 13 262,7 49 071,9
01.07.2013 34 678,4 12 720,4 47 398,8
01.04.2013 34 325,7 12 332,6 46 658,3
01.01.2013 34 129,4 11 694,8 45 824,2
01.10.2012 33 192,4 11 506,5 44 698,9
01.07.2012 32 666,0 11 046,3 43 712,3
01.04.2012 32 359,4 10 822,6 43 182,0
01.01.2012 29 800,0 10 481,5 40 281,5
01.10.2011 32 242,5 6 943,3 39 185,8
01.07.2011 30 357,5 6 947,5 37 305,0
01.04.2011 25 796,9 6 718,4 32 515,3
01.01.2011 22 766,8 6 407,6 29 174,4
01.10.2010 21 720,8 6 057,6 27 778,4
01.07.2010 18 122,3 5 470,7 23 593,0
01.04.2010 16 243,3 5 510,0 21 753,3
01.01.2010 14 900,4 5 161,7 20 062,1
01.10.2009 13 337,5 5 103,7 18 441,2
01.07.2009 11 886,4 5 080,7 16 967,1
01.04.2009 10 863,9 4 961,8 15 825,7
01.01.2009 11 219,2 6 137,0 17 356,2

2009-2018-ci illər ərzində Azərbaycanın valyuta ehtiyatlarında ən çox artım 2011-ci ildə (11 107,1 mln. dollar), ən çox azalma isə manatın devalvasiyasının baş verdiyi 2015-ci ildə (12 271,6 mln. dollar) qeydə alınıb. O cümlədən ARDNF-in valyuta ehtiyatları ən çox 2010-cu ildə artıb, (7 866,4 mln. dollar), ən çox 2015-ci ildə azalıb (3 530 mln. dollar), AMB-nin valyuta ehtiyatları isə çox 2011-ci ildə artıb (4 073,9 mln. dollar), ən çox 2015-ci ildə azalıb (8 741,6 mln. dollar).

  ARDNF-in valyuta ehtiyatlarında 
 artım/azalma
 (mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatlarında 
artım/azalma
 (mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatlarında 
artım/azalma 
(mln. ABŞ dolları)
2018 + 2 708,7 + 291,1 + 2 999,8
2017 + 2 659,5 + 1 360,2 + 4 019,7
2016 – 427,1 – 1 042,3 – 1 469,4
2015 – 3 530,0 – 8 741,6 – 12 271,6
2014 + 1 226,6 – 393,7 + 832,9
2013 + 1 748,1 + 2 457,2 + 4 205,3
2012 + 4 329,4 + 1 213,3 + 5 542,7
2011 + 7 033,2 + 4 073,9 + 11 107,1
2010 + 7 866,4 + 1 245,9 + 9 112,3
2009 + 3 681,2 – 975,3 + 2 705,9

“Report”un analitik qrupu 2019-cu ilin yekununda Azərbaycanın valyuta ehtiyatlarının 46 mlrd. dollar civarında olacağını proqnozlaşdırır. Bunun 40-41 mlrd. dollarlıq hissəsi ARDNF-ə, 5-6 mlrd. dollarlıq hissəsi isə AMB-yə məxsus olacaq. 

Son xəbərlər
Digər xəbərlər