2017-ci ilin əvvəlinə Azərbaycanın strateji valyuta ehtiyatları $39 mlrd. təşkil edir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Bu ilin yanvar-aprel aylarında Azərbaycanın valyuta ehtiyatları $1,3 mlrd. – $39 mlrd.-dək artıb”, – deyə o, bu gün Bakıda keçirilən “Azərbaycan-Avropa İttifaqı” biznes forumunda deyib.
Azərbaycanın valyuta ehtiyatları Dövlət Neft Fondunun aktivləri və Mərkəzi Bankın vəsaitlərindən formalaşır.
2015-2016-cı illərdə Azərbaycanın valyuta ehtiyatlarının milli valyutanın dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar onların həcmində azalma müşahidə olunub.