2022-ci ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 3 376.3 mln.$ artıb.
Banker.az bu barədə Azəbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (62.8 mln.$), portfel investisiyaları (280.5 mln.$) və digər investisiyalar (3 033 mln.$) hesabına formalaşmışdır.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 921.8 mln.$ azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-2 035.7 mln.$), neft bonusu (452.2
mln.$), portfel investisiyaları (-153.4 mln.$) və digər investisiyalar (-184.9 mln.$) hesabına
formalaşıb.