2023-cü ilin yanvar ayında Azərbaycan xaricə 13 milyon 109 min dollar dəyərində 5 121 ton həcmində alüminium satıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə isə Azərbaycandan 21 milyon 604 min dollarlıq 6 616 ton alüminium ixrac edilmişdir.
Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac edilmiş alüminium dəyər ifadəsində 39%, miqdar ifadəsində isə 23% azalıb.