2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 74 mln. 383.3 min dollar dəyərində 23 528.5 ton həcmində alüminium satıb. Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac edilmiş alüminium dəyər ifadəsində 70.3%, miqdar ifadəsində isə 24.2% çoxdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Cari ilin yanvar-oktyabr aylarında ölkədə istehsal edilmiş emal edilməmiş alüminium
ərintiləri illik müqayisədə 13.2% artaraq 24.9 min ton olub. Bu dövrdə həmçinin, 3 236.2 ton alüminium çubuqlar, millər və profillər istehsal olunub ki, bu da illik müqayisədə 55.3% çoxdur.