Azərbaycan 2025-ci ilin ilk beş ayında xaricə 269.44 min ton həcmində azot gübrəsi satıb.
Banker.az xəbər verir ki, ixrac edilmiş karbamidin dəyəri $78.89 milyon təşkil edir.
İxracın həcmi illik müqayisədə 27 faiz, dəyəri isə 96 faiz artıb. Dəyərin həcmdən daha kəskin fərqlə ucuzlaşmasına səbəb qiymətlərdəki kəskin yüksəlişdir.
Belə ki, keçən il bir tonu 189.6 dollara satılan azot gübrəsinin qiyməti bu il 292.8 dollara qədər 54 faiz bahalaşma göstərib.
Azot gübrəsinin 188.15 tonu və ya $56.34 milyonu Ukraynaya satılıb.
2025-ci ilin ilk ineral və ya kimyəvi azot gübrələrinin ölkələr üzrə ixracı | ||
Ölkə | Miqdar, ton | Dəyər, min USD |
Ukrayna | 188,150.65 | 56,336.01 |
Kanada | 44,249.45 | 12,481.27 |
Argentina | 22,407.75 | 6,050.09 |
Rumıniya | 5,072.05 | 1,369.45 |
Uruqvay | 5,009.75 | 1,352.63 |
Türkiyə | 3,960.00 | 1,097.55 |
Gürcüstan | 592.61 | 201.18 |
CƏMİ | 269,442.26 | 78,888.18 |
Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş SOCAR-ın Karbamid Zavodu 2019-cu il yanvarında istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub. Lakin bu il ölkə istehsal etdiyi bu gübrənin 85 faizindən çoxunu xaricə ixrac edib.